FHN-dən Badamdarda baş verən sürüşmə ilə bağlı AÇIQLAMA — FOTO

HADİSƏ 28 yan 2021, 23:17
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən sürüşmə ilə bağlı məlumat yayıb.

Demokrat.az xəbər verir ki, yayılan məlumatda bildirilib ki, bu gün saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top