Bakıda daha bir nəfər özünü binadan atdı — YENİLƏNİB + VİDEO

HADİSƏ 26 yan 2021, 18:23
7-ci mikrorayonda qeydə alınan intiharla bağlı bəzi detallar məlum olub. 

Demokrat.az
-ın məlumatına görə, intihar edən şəxs 1983-cü il təvəllüdlü Səbinə Məmmədzadə Adil qızı adlı xanım olub. O, yaşadığı Süleyman Sani Axundov küçəsindəki hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

***17:37

Bakının 7-ci mikrorayonu ərazisində daha bir intihar hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Şahidlərin sözlərinə görə, gənc qız özünü hündürmərtəbəli binadan atıb. Həmin şəxs hadisə yerindəcə keçinib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İntiharın nə səbəbdən baş verdiyi araşdırılır.


BAKU.WS

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top