Əliyevin təyyarəsi yerə endi, Paşinyan isə Tula üzərində əlavə dövrə vurmalı oldu

QARABAĞ 18 yan 2021, 15:38
"Rossiya 1" telekanalı "Moskva. Kreml. Putin”  proqramındakı reportajını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə yanvarın 11-də keçirilən üçtərəfli görüşünə həsr edib.

Virtualaz.org bildirir ki, reportajda bu görüşün bəzi pərdəarxası nüanslarına toxunulub. Məsələn, məlum olub ki, Azərbaycan və Ermənistan liderləri Moskvaya bir neçə dəqiqə fərqlə uçublar və Əliyevin yerə birinci enməsi üçün Paşinyanın təyyarəsi Tula üzərində əlavə dövrə vurmağa məcbur olub.

Həmçinin qeyd edilib ki, bütün görüş ərzində, hər halda, onun açıq olan hissəsində Əliyev və Paşinyan bir-birinə bir dəfə də olsun, hətta ötəri belə baxmayıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top