Vətən Müharibəsinin həkim qəhrəmanı, “Vətən uğrunda” medallı şəhidimiz — FOTO


SOSİAL 20 dek 2020, 16:04
Vətən Müharibəsində qəhrəmanlıq gösətərənlərdən biri də hərbi xidmət həkimi Tariyel Salmanovdur.

Salmanov Tariyel Allahverdi oğlu 7 fevral 1988-ci ildə Ağcabədi rayonu Kəhrizli kəndində anadan olub.

2011-ci ildə Tibb Univeristetini bitirən Tariyel daha sonra Ağcabədi rayon Mərkəzi Xəstəxanasında həkim-stamatoloq kimi fəaliyyət göstərib.

2014 -cü ildə Silahli Qüvvələrin Təlim-Tədris Mərkəzində Tibb Xidməti Leytenantı kimi qulluq edib.

Tovuz döyüşləri zamanı könüllü yazılan Tariyel bu ənənəni İkinci Qarabağ Müharibəsi zamanı da davam etdirərək, yenidən orduya yollanıb.

O, qəhrəman həkim kimi, ön xətdə vuruşan yaralıları bölgədən çıxarılmasına kömək edib, çox sayda əsgərlərimizə ilkin tibbi yardım göstərib.

Oktyabrın 8-də yenidən ön xətdə yaralı əsgərləri xilas etməyə gedən Tariyel minamyot qəlpəsindən şəhid olub.

Qeyd edək ki, şəhidimizin üç yaşlı Ləman adlı qız övladı var.

Tariyel Salmanov Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top