Hulusi Akardan Qarabağdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA

QARABAĞ 18 dek 2020, 10:50
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında Qarabağda yaradılacaq Ortaq Mərkəz barədə danışıb.

“Akşam Gazetesi” xəbər verir ki, o, Ortaq Mərkəzin Ağdamda qurulacağını deyib.

“Ağdam Dağlıq Qarabağdakı Ortaq Mərkəz ərazisi təyin edilib. İnşaat işləri davam edir. Generallarımız və 100-ə yaxın işçimiz oradadır.

Onlar həm təlim keçirlər, həm də iki xüsusi mina axtarış qrupu (ÖMAT) ərazini minalardan təmizləyəcək. Atəşkəsə böyük ölçüdə riayət edilir. Ruslar buna diqqətli yanaşırlar”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top