BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı güclü qara görə bağlandı

DÜNYA 18 dek 2020, 00:19
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mərkəzi ofisi bir gün öncə yağan güclü qar səbəbindən bağlanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin əməkdaşlarına ünvanlanan xəbərdarlığında bildirilib.

Bu səbəbdən BMT Baş Məclisinin Beynəlxalq Cinayət Məhkəməsinin işi ilə bağlı nəzərdə tutulan plenar iclası ləğv edilib. 

Daha əvvəl Nyu-York şəhər rəhbərliyi mövcud hava şəraiti ilə əlaqədar şəhər məktəblərində əyani təhsilin müvəqqəti ləğv ediləcəyini söyləmişdi. 

Qeyd edək ki, ABŞ Meteoroloji Xidməti ölkənin şərq sahillərində iki gün ərzində qarlı havanın davam edəcəyi, yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top