"Survivor" yarışmasının iştirakçısı Hikmet Tuğsuz və "Sıfır Bir" serialının aktyoru Cengizhan Yurdutek xaricdə saxlanılaraq Türkiyəyə gətirilib.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hikmet Tuğsuz 25 sentyabr 2026-cı ildə Gürcüstanda, Cengizhan Yurdutek isə 10 oktyabr 2026-cı ildə Çernoqoriyada saxlanılıb.
Məlumata görə, Tuğsuz 17 iyun 2025-ci ildən səkkiz ayrı iş üzrə qırmızı bülletenlə beynəlxalq axtarışda olub. Onun barəsində dələduzluq, qəsdən xəsarət yetirmə, böhtan və Türkiyə Prezidentini təhqir etmə də daxil olmaqla müxtəlif ittihamların olduğu bildirilir.
Yurdutek isə 24 iyun 2025-ci ildən altı ayrı həbs qərarı əsasında axtarılıb. Aktyorun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəsdən xəsarət yetirmə və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla axtarışda olduğu qeyd edilir.
Hər iki şəxsin Türkiyəyə qaytarıldığı bildirilsə də, ittihamlarla bağlı yekun məhkəmə qərarının olub-olmadığı barədə məlumat verilməyib.
Jalə


