Hulusi Akardan ABŞ-ın sanksiyalarına SƏRT REAKSİYA: “İttifaqın bütün dəyərlərini sarsıtdı”


DÜNYA 15 dek 2020, 17:43
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar S-400 alışına görə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

“Haber Global” məlumat verir ki, o, ABŞ-ın davranışını qınayıb:

“Ölkəmizin S-400 Uzaqmənzilli Hava və Raketdən Müdafiə Sistemini təmin etməsi səbəbindən ABŞ-ın ittifaqla mövcud hərbi, siyasi gerçəkliklərlə uyğun olmayan sanksiya qərarını qınayırıq.

Aydındır ki, NATO üzvü olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna ziyan vurmaqla yanaşı, həm də müttəfiqlər arasındakı inamı sarsıdır”.

Nazir bildirib ki, hava və mərmi ilə ciddi bir təhdid altında olduğu üçün Türkiyədə hava və raket müdafiəsi də daxil olmaqla, 83 milyon vətəndaşın təhlükəsizliyi üçün lazımi bütün tədbirlər görüləcək:

“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Lakin ölkəmizin və nəcib millətimizin müdafiəsi və təhlükəsizliyini təmin etmək səyləri əzmkarlıqla və qətiyyətlə davam edəcək.

Koreya müharibəsindən bəri müttəfiqimiz olan ABŞ-la əməkdaşlıq və həmrəyliyə qayıtmaq, regional və qlobal müdafiə və təhlükəsizlik məsələlərindəki mövcud hərbi və siyasi vəziyyət kontekstində regional və qlobal sülh və təhlükəsizliyə də kömək edəcək”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top