İrəvanda partlayış səsləri eşidilir — NƏ BAŞ VERİR?

DÜNYA 09 dek 2020, 17:00
İrəvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

Demokrat.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın Arabkir rayonunun Davtyan küçəsində "Lexus" markalı avtomobil partladılıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobilin "Armeconombank"ın icraçı direktoru Aram Xaçatryanın istifadəsində olduğu bildirilir.

Partlayış A.Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr sürdükdən sonra baş verib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top