Azərbaycanda şok hadisə: Məhkəmə sədrini iclas zalında boğdular — Təfərrüat

KRİMİNAL 08 dek 2020, 11:32
Bakının Sabunçu rayon Məhkəməsinin sədri Süleyman Ağayevə basqın etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Təhminə Rəcəbovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Təhminə Rəcəbova 21 fevral 2019-cu il tarixdə, saat 12.55-də Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasındakı 1 saylı məhkəmə iclas zalında oğlu Orxan Səfərovun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə, Emil Hüseynovun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Murad Səfərovun Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin açıq məhkəmə iclasında iştirak edib.

İclasa sədrlik edən hakim Süleyman Ağayev tərəfindən məhkəmə istintaqının başa çatması elan olunaraq çıxış mərhələsinə keçirildikdən sonra dövlət ittihamçısının çıxış edib. Prokuror Orxan Səfərov barəsində qəti olaraq 5 il 6 ay azadlıqdan məhrum etmə növündə cəza istəməsindən dərhal sonra Təhminə Rəcəbova məhkəmə zalının vətəndaşlar üçün nəzərdə tutulmuş hissəsini məhkəmə iştirakçıları üçün nəzərdə tutulmuş hissədən ayıran məhəccərin qarşısına keçib.

Təhminə Rəcəbova hakimə uca səslə “dayan” deyə qışqıraraq etiraz edib və narazılığını bildirməklə məhkəmə prosesinin normal fəaliyyətini pozub, həmin vaxtı hakim kürsüsündə əyləşmiş sədrlik edən hakim Süleyman Ağayevin zalı tərk etməsi barədə qanuni tələbinə məhəl qoymadan sağ əlini ona tərəf uzadıb, barmağını silkələyərək “məni cinayət törətməyə məcbur etmə, bu belə bitməyəcək” deyə sağlamlığına zərərvuracağı ilə hədələyib. O, qəflətən məhkəmə iclasına sədrlik edən hakimin üstünə hücum edib, hər iki əli ilə onun boğaz nahiyyəsindən tutaraq boğub, sonra isə sağ yumruğu ilə sonuncunun baş nahiyyəsindən vurub.

Bu əməlləri ilə Təhminə Rəcəbova hakimi döyüb, ona dərəcələri təyin olunmayan xəsarətlər yetirib, ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hədələyib və zor tətbiq edib.

Bu hərəkərləri ilə Təhminə Rəcəbova işin məhkəmədə baxılması ilə əlaqədar hakimi sağlamlığına zərər vurmaqla hədələyib, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib, “şərəfsiz” adlandırıb, hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik edib.

İstintaq orqanı tərəfindən Təhminə Rəcəbovanın barəsində Cinayət Məcəlləsinin 288.3-cü (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) və 289.2-ci (məhkəməyə hörmətsizlik etmə, eyni əməllər hakim barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Təhminə Rəcəbova 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Təhminə Rəcəbovanın vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində həbs olmayan cəza növünün təyin olunmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Təhminə Rəcəbovanın vəkilinin şikayəti təmin olunmayıb.

Bu qərardan sonra vəkil kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar verilib.

Qərara görə, Təhminə Rəcəbovanın vəkilinin kasasiya şikayəti də təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top