Cəlilabadda 37 yaşlı oğul ögey anasını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 10 iyul 2025, 13:52
Cəlilabad rayonunda 37 yaşlı oğlanın ögey anası ilə mübahisəsi cinayətə səbəb olub. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun kəndlərindən birində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü İsmayıl Məmmədov yaşadıqları evdə ögey anası Fatimə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. 

27 yaşlı oğlan zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruq və qarın nahiyəsinə təpik vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 11 radələrində ögey anası zərərçəkmiş şəxs ilə aralarında evdə olan qazın üzərindəki suyun daşaraq qazın sönməsi səbəbindən mübahisə yaranıb. Onun sözlərinə görə, zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə yumruqla vurub, bunun nəticəsində ögey anası ağzı üstə yerə yıxılıb və xəsarətlər alıb. O,  əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib. 

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən İsmayılın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top