Astara rayonunda kafedə həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 12-də Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən “Ceyhun” adlı restoranın qarşısında baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Seyfəli həmin gün saat 22 radələrində kafenin qarşısında olan zaman həmkəndlisi Elduzun ona qarşı nalayiq ifadə işlətməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan spirtli içkinin təsiri altında zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozub.
Seyfəli özündə olan metal alətlə zərərçəkmiş şəxsin sol qol nahiyəsindən iki dəfə zərbə vurub və digər tanışının həmin aləti alaraq kənara atdıqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirib.
O, təxminən 10 dəqiqə keçdikdən sonra, yəni, saat 22:16-da həmin restoranın həyətinə daxil olub. Orada özü ilə gətirdiyi bıçaqla zərərçəkmişin sağ əl nahiyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Seyfəlinin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 12-də Toğrul adlı dostunun ad günü olub: ”Toğrul ad günü edəcəyini bildirərək, məni həmin ad gününə dəvət etdi. Saat təxminən 20 radələrində “Ceyhun” adlı restorana getdim və orada olan kabinetlərdən birində əyləşdim. Oraya gələndə əvvəldən tanıdığım Elduz, Əbdülhüseyn və Toğrul adlı şəxslərin içəridə olduğunu gördüm. Masada əyləşdim və yemək yeyərək spirtli içki qəbul etdim. Əyləşdikdən bir qədər sonra Sübhan yanımıza gəldi. Masada olan hər kəs spirtli içki qəbul etsə də, Sübhan içki içmədi. Məclis zamanı heç bir münaqişə olmadı və kabinetdən çıxandan sonra restoranın qarşısında söhbətləşməyə başladıq”.
Müttəhim qeyd edib ki, bu zaman Sübhan ilə söhbət edib və Elduzdan uzaq olması məsləhətlər verib: “Həmin vaxt Elduz yaxınlaşaraq mənə “Sübhana nə deyirsən, nə istəyirsən ondan” deyə bildirdi. Ünvanıma nalayiq ifadə işlətdi. Elduz var-yoxuma söyüş söydüyü üçün üzərinə qışqırdım. Yaxınlıqda saxladığım avtomobilə getdim və oradan dəmir təmir aləti götürdüm. Elduzun üzərinə gələrək ona qol nahiyəsindən bir neçə zərbə endirdim. Həmin vaxt Elduz da mənim üz nahiyəmdən bir dəfə zərbə endirdi. Mən yerə yıxıldım. Həmin vaxt Əbdülhüseyn dəmir aləti əlimdən aldı və kənara tulladı”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seyfəli 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Fariz Məlikli
Demokrat.az