Cəlilabada ilk qar yağdı

HADİSƏ 07 dek 2020, 21:32
Cəlilabad rayonuna ilk qar yağıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qar rayonun əsasən dağlıq kəndlərinə yağıb.

Belə ki, Xanəgah, Pərdi, Kövuzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağan qarın hündürlüyü 5-10 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur.

Qeyd edək ki, ötən il Cəlilabad rayonuna ilk qar noyabr ayında yağmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top