Zəngilanda yol qəzası oldu — Ölən var

HADİSƏ 03 dek 2020, 12:41
Zəngilan rayonunda yol qəzası baş verib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 2-i saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top