Sumqayıtda avtomobil vuran piyada öldü

HADİSƏ 01 dek 2020, 14:47
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, hadisə noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində qeydə alınıb.

Şəhər sakini M.İsmayılzadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Adilə Abdullayevanı vurmuş və idarəetməni itirərək maneəyə dəyib.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top