Ermənistanda koronavirusdan ölənlərin sayı 2 000-i ötdü


DÜNYA 24 noy 2020, 11:31

Ermənistanda daha 813 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 127 522-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 002-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 507-yə yüksəlib. İndiyədək 98 944 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 26 069 aktiv koronavirus xəstəsi var.(report.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top