Cəlilabadda iki avtomobil toqquşdu — xəsarət alanlar var

HADİSƏ 22 noy 2020, 22:29

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb.

 

İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Əlhüseyn Nizami oğlu və 2000-ci il təvəllüdlü Abdullayev İsa Fikrət oğlu xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top