Kəlbəcərdən çıxan ermənilər meşələrdə ağacları kəsib, Ermənistana daşıyır — VİDEO

HADİSƏ 15 noy 2020, 16:42

Kəlbəcərdən çıxan ermənilər yalnız evləri yandırmaqla kifayətlənmilər, meşələrdə, yol kənarında ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. 


Bu barədə məlumat “Sputnik Armeniya” portalında dərc edilib.


Portalın əməkdaşı kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıb.  


O da qeyd olunur ki, üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmaya görə Kəlbəcəri tərk etməli olan insanlar mikroavtobus, iri yük maşınları ilə oradan hər şeyi daşıyırlar, özləri ilə apara bilmədiklərini isə yandırılar ki, azərbaycanlılara heç nə qalmasın. /APA


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top