Düşmənin Goranboyu raket atəşinə tutması dağıntılar yaratdı

HADİSƏ 30 okt 2020, 00:00

Bu gün saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması dağıntılara səbəb olub.

 

Demokrat.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın mülki əhalisi yaşayan əraziləri hədəf alıb.

 

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə raket atılması nəticəsində ərazidəki ev və yardımçı tikililərə ciddi ziyan dəyib.

 

Qeyd edək ki, Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub.  /Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top