Elmar Məmmədyarovun həmsədrlərlə videokonfrans formatında görüşdü

SİYASƏT 29 iyun 2020, 19:41

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü baş tutub.


XİN-dən Demokrat.az-a verilən məlumata görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.


Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.


Sabah - iyunun 30-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 14:23
Top