Hadisə

Bakıda koronavirus şübhəsi ilə yıxılan kişi barədə RƏSMİ AÇIQLAMA

Bakıda koronavirus şübhəsi ilə yıxılan kişi barədə RƏSMİ AÇIQLAMA

Bakıda “28 May” metrostansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

Demokrat.azoxu.az-a istinadən xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.

Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçəyə giriş-çıxışı bağlayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimisə xəstəxanaya aparıla bilər”.

D
demokrat.az