Siyəzən rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 20-də rayonun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Ülvi həmin gün saat 18:00-da özünə məxsus olan fərdi yaşayış evində arvadı İnarə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi ailə münasibətləri səbəbindən yaranmış mübahisə zamanı o, zərərçəkmiş şəxs boyun nahiyəsindən bir neçə dəfə yumruqla və sol ayağından isə iki dəfə təpiklə zərbə vurub.
Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 20-də, axşam saatlarında yaşadıqları kənddə “Novruz” Bayramı”nı ailəsi ilə birgə qeyd edib, bir qədər sonra arvadı ilə aralarında mübahisə yaranıb:
“Bu zaman arvadımın boyun nahiyəsinə yumruqla, sol ayağına isə təpiklə zərbə vurdum. Hazırda arvadım ilə barışmışam və onunla birlikdə yaşayıram. Onu da qeyd edim ki, əvvəllər spirtli içki qəbul etsəm də, hazırda ibadət edərək, pis vərdişimdən uzaq dururam. Odur ki, əməlimdən səmimi peşmançılıq hissi keçirməyim nəzərə alınsın”.
İş üzrə zərərçəkmiş İnarənin sözlərinə görə, “Novruz Bayramı” günü yəni, martın 20-də, axşam saatlarında əri Ülvi yaşadıqları evə sərxoş vəziyyətdə gəlib: “Habelə bu zaman ərim ilə aramızda yaranmış mübahisə nəticəsində mənim boyun nahiyəmə və sol ayağıma zərbələr endirməklə, məni döydü. Bununla belə, hazırda ərimlə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.
O, həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs əvvəllər də sərxoş vəziyyətdə onu döysə də, hazırda bu pis vərdişindən uzaq duraraq ibadət edir: “Odur ki, ərimlə barışmışam. Ərim işləyərək birgə nikahdan doğulmuş iki yetkinlik yaşına çatmayan övladlarımın maddi tələbatlarını qarşılamasının nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini istəyirəm”.
Bu cinayət işinə Siyəzən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az