Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh prosesi ilə bağlı fikirləri müzakirə yaradıb. O bildirib ki, iki xalq arasında qarşılıqlı etimad yaranacaqsa, sülh sazişinə ehtiyac qalmayacaq.
Bəs Paşinyan hökuməti sülh sazişini imzalamaqdan yayına bilərmi?
Bu barədə Demokrat.az-a danışan sabiq deputat Fəzail Ağamalı deyib ki, Paşinyanın bu fikirləri avantürist fikirlərdir:
“Erməniyə inanmaq şeytana inanmaq kimi bir şeydir. Xüsusən nəzərə alsaq ki, ABŞ prezidentinin şahidliyi ilə, imzası ilə sülh sənədi paraflanıb, bunu əlbəttə qəbul etmək olmaz. Sülh sazişinin imzalanması iki xalq arasında etimadın qorunmasına hər hansı maneə törətmir. Biz işimizi ehtiyatlı tutmalı və hazırlanmış sülh sənədinin Ermənistan tərəfindən qəbul edilməsinə nail olmalıyıq.
Paşinyanın bu sözləri hansı məqsədlə dediyini anlamaq çətindir. Hər halda o, ermənidir, ermənilərin sözünə qətiyyən inanmaq olmaz. Ermənilər illər ərzində xalqımıza o qədər yaralar vurub ki, iki xalq arasında etimadın yaranmasına uzun illər lazımdır. Yəqin ki, bu, bir neçə nəsil sonra ola bilər. Onda Paşinyanın fikrindən belə çıxır ki, biz sülh sazişini saxlamalıyıq 50–100 il sonraya?”.
Partiya sədri qeyd edib ki, sazişin 2026-cı ildə imzalanacağı ehtimal edilir:
“ABŞ rəsmiləri belə bir fikir səsləndiriblər ki, 2026-cı ilin sonuna qədər sülh sazişinin imzalanması gözlənilir. Bu da təsadüfi deyil, çünki 2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək və Paşinyanın qalib gəlmək şansı var. Ondan sonra konstitusiyaya dəyişiklik edilməlidir. Daha sonra sülh sazişi üçün heç bir maneə qalmır”.
Cavidan Mirzəzadə
Demokrat.az