"Qarabağ" yenə tarix yazdı: ÇL-in qrupundayıq! —VİDEO (YENİLƏNİB)

İDMAN 27 avqust 2025, 22:40

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”unu Bakıda qəbul edəcək. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.

Bu komandalar arasında ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanmışdı.

“Qarabağ” “Ferentsvaroş”u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. 

Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

27 avqust

UEFA Çempionlar Liqası

Pley-off


Saat 20:45, “Qarabağ” - “Ferentsvaroş”

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

“Ferensvaroş”: 90. Dibuş (k), 5. Keyta, 10. Levi, 19. B. Varqa, 23. Ötvös, 25. Makrekis, 27. Sisse, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 75. Cosef

Ehtiyat oyunçular: 99. Qrof, 3. Qartenmann, 7. Arzani, 8. Peşiç, 16. Zakariassen, 21. Botka, 22. G. Szalai, 30. Qruber, 33. Kadu, 64. A. Tof, 72. Madaraş, 77. Nagi

***
 

Matç başladı.

 

 

***

Qonaqlar 14-cü dəqiqədə Josepin vurduğu qolla hesabı açır.

 

 

***

25-ci dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirir. Leandro Andrade adını tabloya yazdırır - 1:1.

 

 

***

45-ci dəqiqədə A.Zubir hesabı 2:1 edir.

***

 

 

***

İlk hissə "Qarabağ"ın 2:1 hesablı üstünlüyü ilə başa çatdı.

***

İkinci hissə başladı.

***

“Ferentsvaroş” 55-ci dəqiqədə hesabı bərabərləşdirir - 2:2.

 

 

***

“Ferentsvaroş” 83-cü diqəqədə hesabda önə keçir - 3:2.

***

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesabda 6:5 hesabı ilə qalib gələn “Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsinə vəsiqə qazandı!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 22:54
Top