"Beşiktaş" avrokubok matçına ciddi itki ilə çıxacaq

İDMAN 27 avqust 2025, 17:36
"Beşiktaş" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində doğma meydanda "Lozanna"nı qəbul edəcək.

Demookrat.az xəbər verir ki, İstanbul təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq. Bu barədə komandanın baş məşqçissi Ule Qunnar Sulşer məlumat verib.

Vinger Milot Raşitsa komandaya kömək edə bilməyəcək. Kosovolu futbolçu ayaq əzələsindən zədə alıb.

Qeyd edək ki, "Beşiktaş" - "Lozanna" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İsveçrədə keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top