Atanın döydüyü 2 yaşlı körpə xəstəxanaya yerləşdirildi

HADİSƏ 27 avqust 2025, 18:22
Ağdamda atasının döydüyü iddia edilən 2 yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Demokrat.az  APA-ya istinadla xəbər verir ki, körpə bir müddət əvvəl də valideynlərinin ağır işgəncələrinə məruz qalıb.

Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Marqarita pizza

Uşaq müəllicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

Xatırladaq ki, hadisə Xındırıstan kəndində baş verib.

Hazırda körpə ölümcül haldadır. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top