Çəkiliş üçün Qubaya gedən maşının qəzası: Ölənin kimliyi bilindi

HADİSƏ 27 avqust 2025, 16:23
Quba-Alpan-Susay-Xınalıq yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

Demokrat.az xəbər verir ki, bu, Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur.

Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Sezar pizza

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Ramil Rəhimzadə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top