Türkiyənin müdafiə sənayesi korporasiyasının rəhbərləri HƏBS EDİLDİ

DÜNYA 27 avqust 2025, 21:44
ürkiyədə müdafiə sənayesi korporasiyası Assan Savunmanın top-menecerləri terror təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib

Demokrat.az xəbər verir ki, davam edən hərbi casusluq araşdırması çərçivəsində İstanbul prokurorluğu Assan Savunmanın İdarə Heyətinin sədri Emin Öner və baş direktor Gürcan Okumuşun həbsi üçün order verib.

Onlara terror təşkilatı ilə əlaqə və hərbi casusluq ittihamları irəli sürülüb.
 
Eyni zamanda Assan Group brendi altında fəaliyyət göstərən 10 şirkətə müvəqqəti idarəçi təyin olunub. Şübhəlilərin evlərində və ofislərində axtarışlar davam edir.

Araşdırma çoxşaxəli formatda aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 22:54
Top