Danimarka Xarici İşlər Nazirliyi (XİN) Qrenlandiyaya təsir etmək cəhdlərindən sonra ABŞ-nin müvəqqəti işlər vəkilini çağırmaq qərarına gəlib.
Demokrat.az-ın xəbərinə görə, bu barədə XİN rəhbərinə istinadən "Danmarks radio" (DR) məlumat yayıb.
"Krallığın daxili işlərinə hər hansı müdaxilə cəhdi, şübhəsiz ki, qəbuledilməzdir. Bununla əlaqədar mən XİN-dən ABŞ-nin müvəqqəti işlər vəkilini danışıqlar üçün çağırmağı xahiş etmişəm", - deyə xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
Hazırda ABŞ-nin Danimarkada səfiri yoxdur. Trampın bu vəzifəyə təyin etdiyi Ken Haueri hələ vəzifəsinin icrasına başlamayıb. ABŞ-nin Kopenhagendəki səfirliyinin nümayəndəsi DR-ə Vaşinqtonun ayrı-ayrı şəxslərin hərəkətlərinə nəzarət etmədiyini və ayrı-ayrı amerikalıların Qrenlandiyada maraqlarının ola biləcəyini şərh edib.
Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə qoşulmalı olduğunu bəyan edib. O, Danimarkanın adadan imtina etmədiyi təqdirdə onu yüksək tariflər tətbiq edəcəyi ilə hədələyib. Hələ ilk prezidentlik dövründə də Tramp Qrenlandiyanı almağı təklif edib. Danimarka və Qrenlandiya səlahiyyətliləri bu ideyanı rədd ediblər.