"600-dən çox bal toplayıb, tələbə ola bilməyənlərə humanizm göstərilməlidir" — AÇIQLAMA

SOSİAL 27 avqust 2025, 12:49
"Texniki səhv ucbatından bəzi abituriyentlər ödənişli ixtisasları kodlaşdırmayıblar. Onlar yalnız dövlət sifarişi ilə yerləri seçiblər. Nəticədə yüksək bal toplasalar da, ödənişli ixtisas göstərmədiklərinə görə kənarda qalıblar".

Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.

O bildirib ki, bu məsələdə humanist yanaşma göstərmək mümkündür:

"Əslində, Dövlət İmtahan Mərkəzinin limiti yoxdur, çünki Nazirlər Kabineti təsdiqlənmiş plan yerlərini açıqlayır və yerlər dolduqda seçim bağlanır. Amma bu vəziyyətdə humanist yanaşma göstərmək olar. Bu abituriyentlərin gələcəkdə pessimizmə qapılmaması üçün Nazirlər Kabineti əlavə yerlər ayıra bilər. Onsuz da tələbə sayının artması ölkə üçün ziyan deyil. Əksinə, Azərbaycan vətəndaş başına düşən tələbə sayı baxımından bir çox ölkələrdən geri qalır".

Ekspert bildirib ki, 600-dən yuxarı bal toplayıb, universitetə qəbul ola bilməyən gənclərin şansı itirməməsi, növbəti ilə ümid etməməsi üçün humanizm nümayiş etdirmək vacibdir:

Onlar yüksək nəticə göstəriblər və bu, nəzərə alınmalıdır. Təcrübədə də belə hallar olub, əlavə plan yerlərinin ayrılması və həmin abituriyentlərin qəbul olunması praktikasına rast gəlinib".

Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi zamanı 600-dən çox bal toplamış 10 tələbə universitetə qəbul ola bilməyib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 13:56
27 avqust 2025, 12:45
Top