"Mançester Siti" ulduzunu "Qalatasaray"a göndərir

İDMAN 27 avqust 2025, 23:24
"Mançester Siti" Donnarummanın transferi ilə bağlı PSJ ilə anlaşıb.

Metbuat.az xəbər verir ki, İngiltərə klubu futbolçu üçün PSJ-yə 35 milyon avro ödəyəcək. Bildirilir ki, "Mançester Siti" transferi reallaşdırmaq üçün əvvəlcə Edersonu klubdan göndərməlidir. “Fanatik” qəzetində yer alan xəbərə görə, "Mançester Siti" Edersonla maraqlanan "Qalatasaray" mesaj göndərib. "Mançester Siti" "Qalatasaray"la razılıq əldə etmək istəyir.

Qeyd edək ki, bundan əvvəl "Mançester Siti" "Qalatasaray"ın Ederson üçün 10 milyon avroluq təklifini rədd etmiş, 15 milyon avro tələb etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 22:54
Top