“Bu il "Qarabağ" Avrokubok oyunlarına çox uğurlu başladı, bu oyunlara qədər oyunçu problemi var idi. Mən deyərdim ki, transferlər uğurlu alındı. Amma bu oyunçuların "Qarabağ"ın sisteminə uyğunlaşması üçün vaxt lazımdır. "Qarabağ" bütün oyunları yüksək səviyyədə oynadı və Çempionlar Liqasının bir addımlığındadır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
O bildirib ki, belə oyunları çox vaxt psixoloji durum həll edir:
“Mən düşünürəm ki, "Qarabağ" sakit oynamalıdır, diqqətli olmalıdır. Əsasən də standart vəziyyətlərdə. Çünki rəqib ilk oyunda hava topları ilə yaxşı oynayırdı. "Ferensvaroş" güclü klubdur, amma Macarıstanda elə də ciddi problem yarada bilmədilər.
"Ferensvaroş" bu gün risk edəcək və müəyyən zonalar boş qalacaq. Bu boşluqlardan gərək "Qarabağ" istifadə etsin. "Qarabağ" indi yaxşı vəziyyətdədir. İnanıram ki, bugünkü oyunda da qələbə qazanacaq, çünki oyunu bunu göstərir”.
Xatırladaq ki, bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. İlk matçda 3:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi mərhələ adlayacağı təqdirdə tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək.
Cavidan Mirzəzadə
Demokrat.az