"Qarabağ Universiteti brendə çevrilməkdədir" — AÇIQLAMA

SOSİAL 27 avqust 2025, 22:22
"Yeni açılmasına baxmayaraq, yüksək ballı tələbələrin Qarabağ Universitetini seçməsi çox sevindirici haldır. Bu, həm insanların yeni açılmış Qarabağ Universitetinə göstərdiyi marağın, həm də orada təhsilin keyfiyyətinə olan inamın göstəricisidir. Yüksək bal toplayan tələbələrin əksəriyyəti — 127 nəfər Qarabağ Universitetini seçib ki, bu da çox müsbət göstəricidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib

O bildirib ki, təhsildə yeni fəaliyyətə başlamasına baxmayaraq, Qarabağ Universiteti artıq bir brendə çevrilməkdədir:

"Mən inanıram ki, növbəti illərdə bu say daha da artacaq, universitet kifayət qədər möhkəm reputasiyaya sahib olacaq. Təkcə Azərbaycanda deyil, MDB məkanında, Avropada və dünyada da Qarabağ Universitetinin nüfuzunun yüksələcəyinə əminəm.

Düşünürəm ki, bu müsbət tendensiya davam edəcək və Qarabağ Universiteti böyük uğurlar qazanacaq".

Qeyd edək ki, bu il 600-dən çox bal toplayan 127 nəfər Qarabağ Universitetini seçib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 22:54
Top