Tayvanda 6 maqnitudalı zəlzələ olub

DÜNYA 27 avqust 2025, 18:29
Tayvanın şimal-şərq sahillərində dənizdə 6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Demokrat.az "Report" agentliyinə istinadən xəbər verir.

Zəlzələ Tayvanın paytaxtı Taypeydə binaların qısa müddətli titrəməsinə səbəb olub. Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin ocağı İlan qəzasından təxminən 20 km məsafədə yerləşib.

Hazırda dağıntılar barədə məlumat yoxdur.

Təkanlar, həmçinin Taoyuan, Tszilun və İlanda da hiss edilib.

Tayvan Meteorologiya Agentliyi ümummilli xəbərdarlıqda adanın şimal hissəsində "əhəmiyyətli" zəlzələnin hiss edildiyini bildirib.

2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələ nəticəsində 100-dən çox insan həlak olub, 1999-cu ildə isə 7,3 maqnitudalı zəlzələ 2 000-dən çox insanın həyatına son qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top