Xarici turistlə Qobustandan Bakıya piyada gələn Razi Nurullayevdən tənqidlərə cavab: “Onların məqsədi ölkəni qarışdırmaq və xaos yaratmaqdır”

SİYASƏT 27 avqust 2025, 20:14
Milli Məclisin deputatı Razi Nurullayevin finlandiyalı turist Taina Liekari ilə birlikdə Qobustandan Bakıya piyada gəlməsi ilə bağlı görüntüləri sosial şəbəkələrdə müzakirə yaradıb. Deputatı tənqid edənlər bunu reklam xatirinə etdiyini, onun xalqın problemini, sərhədlərin bağlı olması kimi məsələləri qaldırmadığını bildiriblər.

 R.Nurullayev Pravda.az-a açıqlamasında deyib ki, Milli Məclisin Azərbaycan-Finlandiya parlamentlərarası işçi qrupun rəhbəri kimi iki ölkə arasında dostluq münasibətləri yaratmaq vəzifə borcudur: "Taina Liekarinin narazılıqları var idi. Mən onları tam aradan qaldırmışam və bu xanım Azərbaycana vurulub. Taina Liekarini on minlərlə insan izləyir, o, turist deyil, dünya turuna piyada çıxmış və bir çox ölkələrin vətəndaşları tərəfindən izlənən, təsir gücü olan insandır. Ona xoş münasibətim nəticəsində on minlərlə xarici vətəndaş arasında ölkəm haqqında müsbət rəy formalaşdırmışam və buna görə də xoşbəxtəm. Bu videoları görən xeyli xarici vətəndaş Azərbaycana gəlmək və Taina xanımın göstərdiklərini, dediklərini görmək istəyir. Bu isə o deməkdir ki, hər gələn turist pul xərcləyir və nə qədər insan evinə çörək aparır. Deyirlər ki, niyə quru sərhədlərinin açılmasını demirəm. Bunu məndən çox deyən olub? Amma cənab Prezident qeyd etdi ki, bu təhlükəsizlik məsələsi ilə bağlıdır. İndi o insanlar nə demək istəyirlər? Demək istəyirlər ki, ölkəni, vətəndaşları Prezident İlham Əliyevdən daha çox istəyirlər? Heç bəlkə, o adamların özlərindən başqa bir nəfərə də xeyirləri yoxdur, amma özlərini canıyanan göstərirlər. Əslində isə onların məqsədi ölkəni qarışdırmaq və xaos yaratmaqdır. Bilə-bilə fitnə yayırlar. Gərək, hüquq-mühafizə orqanları onları araşdırsın. Biz də quru sərhədlərinin açılmasını istəyirik. Açılacaq da. Amma gərək ölkənin və vətəndaşların təhlükəsizliyini də düşünək. Yəqin ki, hökumətin biz bilmədiyimiz əsaslı səbəbləri var”, - deputat deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 22:54
Top