"Dağıdıcı zəlzələlərin olmamasının əsas səbəbi odur ki, Azərbaycan ərazisində yerdəyişmə sürəti o qədər intensiv deyil. Aktivlik var, amma güclü dağıdıcı zəlzələlərin baş verməsi üçün kifayət qədər deyil. Buna görə də dağıdıcı zəlzələlər istisna olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Fizika insititunun şöbə rəhbəri, seysmoloq Qulam Babayev deyib.
O bildirib ki, hiss olunan zəlzələlər hər zaman olacaq:
"Mən dəfələrlə müsahibələrimdə vurğulamışam ki, bu, qaçılmazdır. Çünki region bütövlükdə sirkələnir. Fiziki qanunauyğunluq baxımından Azərbaycan ərazisinin tam sabit qalması mümkün deyil.
Zəlzələ ocaqları və tektonik bloklar bir-biri ilə əlaqəlidir. Əgər ortada sıxılma varsa, mütləq gərilmə yaranır. Bu isə mürəkkəb geoloji və geodinamik proseslərin nəticəsidir və davam edəcəkdir.
Ümumiyyətlə, dünyada hələ də zəlzələlərə səbəb olan tektonik və seismik aktivlik sabitləşməyib, intensivlik davam edir".
Əfsanə Kamal
Demokrat.az