“Son günlər ölkəmizin müxtəlif bölgələrində müşahidə edilən 3-4 bal gücündə zəlzələlər təbii seysmik proseslərin nəticəsidir. Azərbaycan yüksək seysmik zonada yerləşdiyi üçün belə zəif və orta güclü təkanların olması normal haldır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında seysmoloq Elvin Məmmədov söyləyib.
O qeyd edib ki, bu cür zəlzələlər adətən dağıdıcı olmur, lakin seysmik aktivliyin artdığını göstərir:
“Güclü zəlzələnin olub-olmayacağını isə əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Elm yalnız regionun ümumi seysmik risklərini qiymətləndirə bilir. Məsələn, Böyük Qafqaz, Talış dağları və Xəzər akvatoriyası seysmik baxımdan daha həssas zonalar hesab olunur.
Əsas məsələ ondan ibarətdir ki, zəif zəlzələlər insanlarda panika yaratmamalıdır. Əksinə, bu, bir siqnal kimi qəbul olunmalı və təhlükəsizlik tədbirlərinə daha çox diqqət yetirilməlidir. Binaların dayanıqlığı, fövqəladə hallara hazırlıq və əhalinin maarifləndirilməsi ön plana çıxmalıdır. Belə təkanlar həm də bizə xatırladır ki, Azərbaycan hər zaman güclü zəlzələ riski ilə üz-üzədir və biz bu reallığı daim nəzərə alaraq yaşamalıyıq.”
Leyla Turan
Demokrat.az