"Donald Trump Azərbaycan və Ermənistan arasında sülhün tezliklə imzalanmasını istəyir. O, başa düşür ki, Qafqazda proseslər uzandıqca kənar müdaxilələr artır və bu da sülhün qarşısını ala bilər. ABŞ üçün isə qısa zamanda sülh əldə etmək bölgədə təsirini gücləndirmək deməkdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politolo Həşin Səhrablı deyib.
O bildirib ki, sülh mətninin paraflandığı bəllidir, sadəcə rəsmi imza qalıb:
"Əgər bu, Vaşinqtonun koordinasiyası ilə baş tutarsa, bu, ABŞ üçün böyük siyasi uğur olacaq. Çünki min illərdir Qafqazda əsas təsir türk-fars və son əsrlərdə rus kimliyinə aid olub. Amerikalıların sülhü təmin etməsi bölgə üçün yeni dövr açar.
Avropa dövlətləri – fransızlar, ingilislər və digərləri ən güclü vaxtlarında belə Qafqaza təsir göstərməyə çalışıblar, amma bacarmayıblar. Əgər Amerika bunu bacarsa, bu, Cənubi Qafqaz üçün yeni bir dövrənin başlanğıcı olacaq. Trump da başa düşür ki, nə Rusiya, nə Türkiyə, nə də İran hadisələrin tamamilə ABŞ-ın koordinasiyasında tamamlanmasına razıdır. Onlar müəyyən əngəllər törədə bilərlər. Buna görə də Trump prosesi bu əngəllər ortaya çıxmamış yekunlaşdırmaq istəyir".
Politoloq deyib ki, Ermənistan da Konstitusiyasındakı ərazi iddialarını hələ ləğv etməyib:
"Paşinyan reallığı qəbul etməyə çalışsa da, erməni cəmiyyətində müqavimət güclüdür.
Azərbaycan isə açıq şəkildə bildirir ki,sülhün imzalanması üçün şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bu, beynəlxalq hüquqa və milli maraqlarımıza tam uyğundur.
Əslində, Cənubi Qafqaza sülhü gətirəcək olan ABŞ yox, Azərbaycan olacaq – öz əsgərinin şücaəti və dövlətin siyasi iradəsi ilə. Ona görə də biz kənardan gözlənti ilə yox, milli birlik və yaddaşımıza arxalanaraq addım atmalıyıq".
Qeyd edək ki, ABŞ Administrasiyası Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin 2026-cı ilin sonuna kimi imzalanmasını və ratifikasiya olunmasını gözləyir.
Əfsanə Kamal
Demokrat.az