Deputat: “Artıq Zəngəzur dəhlizini heç kim dayandıra bilməz”

GÜNDƏM 27 avqust 2025, 11:38
“Tehran və Moskva üçün Zəngəzur dəhlizi geri dönüşü olmayan bir problemə çevrilib. Çünki onlar özləri bu məsələni problem kimi görürlər. Bu günə qədər Azərbaycan bu məsələni İran və Rusiya ilə danışıqlar yolu ilə həll etməyə ciddi cəhdlər göstərib. Əvvəllər müəyyən pozitiv və konstruktiv yanaşmalar müşahidə olunurdu, lakin indi görünür ki, proses tamamilə fərqli bir istiqamətdə inkişaf edir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Deputatın sözlərinə görə, əgər İran və Rusiya daha adekvat davransaydılar, Azərbaycanın yanaşması da fərqli olardı:

“Amma onların mövqeyi göstərdi ki, bu məsələ artıq ABŞ-da müzakirə olunub və hazırda Tramp yeni bir təhdidə çevrilməkdədir. Bu məsələnin həllinə dair imkanlar çox məhduddur, çünki proses artıq ABŞ-da start götürüb. Burada narahatedici məqam İranla Ermənistan arasında yaranan uzlaşmadır. İran daha əvvəlki kimi bu prosesə qarşı çıxmır, onu dayandırmağa çalışmır. İranın mövqeyi və yanaşması artıq dəyişib. 

Ümid edirik ki, Rusiyanın mövqeyi dəyişə bilər. Bu da  zaman məsələsidir. Hazırda ABŞ ilə Rusiya arasında dialoq açıqdır. Tərəflər bir çox məsələləri öz aralarında müzakirə edə bilirlər. Bu isə müəyyən nəticələr əldə etməyə və yeni baxış bucaqları formalaşdırmağa imkan verir. Gələcəkdə bir çox məsələlər ortaya çıxa bilər, lakin proses artıq başlayıb və bu mərhələdən sonra heç kim onu dayandıra bilməz”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 12:45
Top