Futbolda yeni transfer rekordu qeydə alındı

İDMAN 22 avqust 2025, 15:26
Amerikanın "Orlando Pride" klubu qadın futbolunda rekord sayılan məbləğə transfer reallaşdırıb. 

Demokrat.az xəbər verir ki, sözügedən klub Lisbet Jaklin Ovalleni satın alıb.

Futbolçununun keçidi üçün "Tigres" 1,5 milyon dollar ödənilib ki, bu da yeni transfer rekordudur. 

Bundan əvvəlki rekord 1,3 milyon dollar ödənilən Olivia Smitə məxsus idi. Üçüncü yerdə isə 1,1 milyon dollarlıq transferlə Naomi Qirma qərarlaşıb. 

Qadın futbolunda bütün digər transferlər milyon dollardan aşağıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top