"Kommunikasiyanın bərpa edilməsi regionun inkişafı üçün vacibdir. Ermənistanın da kommunikasiyanın bərpasından və Zəngəzur dəhlizinin açılmasından faydalanacağı gözlənilir. Çünki Ermənistanın dünya bazarına çıxış imkanları məhduddur, 30 ilə yaxın torpaqlarımızı işğalda saxladığı üçün əsas qonşuları olan Türkiyə və Azərbaycanla heç bir kommunikasiyası olmayıb. Amma yeni bir dövr başlayır, yeni səhifə açılır".
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, kommunikasiyaların açılması Ermənistan üçün həm də daha geniş nəqliyyat dəhlizlərinə çıxış imkanları anlamına gələ bilər:
"Nəzərə alsaq ki, Şərq-Qərb nəqliyyat dəhlizi Xəzər dənizi vasitəsilə Şərqə qədər uzanır, bu, Ermənistana imkan verə bilər ki, öz məhsullarını Çin bazarına yeni nəqliyyat dəhlizi ilə ixrac etsin, yaxud idxal həyata keçirsin. Bu anlaşmalar ümumilikdə region üçün faydalı hesab edilir".
Cavidan Mirzəzadə
Demokrat.az