Güləşçimiz dünya ikincisi oldu

İDMAN 22 avqust 2025, 00:14

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Demokrat.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Belə ki, Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb.

Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı qazanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 22:30
21 avqust 2025, 21:23
Top