Bu gün Konfrans Liqasında 24 görüş keçiriləcək

İDMAN 21 avqust 2025, 11:51
UEFA Konfrans Liqasında pley-off mərhələsi start götürür.

Demokrat.az xəbər verir ki, mərhələ çərçivəsində bu gün 24 görüş keçiriləcək. 

Norveçdə baş tutacaq ilk pley-off matçında "Rusenborq" ilə Almaniyanın "Maynts" klubu üz-üzə gələcək. 

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Servet" ilə, Türkiyə klublarından "Başakşəhər" evdə "Universitatya Krayova (Rumıniya), "Beşiktaş" isə səfərdə "Lozanna" (İsveçrə) ilə qarşılaşacaq. 

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də baş tutacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust

20:00. Rusenborq (Norveç) – Maynts (Almaniya)
21:00. Dyör (Macarıstan) – Rapid (Avstriya) 
21:00. Haken (İsveç) – ÇFR Kluj (Rumıniya)
21:00. Hamrun Spartans (Malta) – RFŞ (Latviya) 
21:00. Volfsberq (Avstriya) – Omoniya (Kipr)
21:45. Başakşəhər (Türkiyə) – Universitatya Krayova (Rumıniya) 
22:00. Anderlext (Belçika – AEK (Yunanıstan)
22:00. Breydablik (İslandiya) – Virtus (San Marino) 
22:00. Sele (Sloveniya) – Banik (Çexiya)
22:00. Drita (Kosovo) – Differdanj (Lüksemburq)
22:00. Levski (Bolqarıstan) – Alkmaar (Niderland)
22:00. Neman (Belarus) – Rayo Valyekano (İspaniya) 
22:00. Olimpiya (Sloveniya) – Noa (Ermənistan) 
22:00. Polesye (Ukrayna) – Fiorentina (İtaliya)
22:00. Şaxtyor Donetsk (Ukrayna) – Servet (İsveçrə) 
22:00. Sparta (Çexiya) – Riqa (Latviya)
22:00. Strasburq (Fransa) – Bröndbü (Danimarka) 
22:15. Yagelloniya (Polşa) – Dinamo Tirana (Albaniya)
22:15. Lozanna (İsveçrə) – Beşiktaş (Türkiyə)
22:45. Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya)
23:00. Kristal Pelas (İngiltərə) - Fredrikstad (Norveç) 
23:00. Hibernian (Şotlandiya) – Legiya (Polşa)
23:00. Rakuv (Polşa) – Arda (Bolqarıstan)
23:00. Santa-Klara (Portuqaliya) – Şemrok Rovers (İrlandiya)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 14:21
Top