Andrey Şevçenko Bakıya gəlir

İDMAN 18 avqust 2025, 14:11
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna komandası ilə keçirəcək.

Demokrat.az-ın idman.biz saytına istinadən yaydığı məlumata görə, bu matça Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü il "Qızıl top"un sahibi Andrey Şevçenkonun da gələcəyi gözlənilir.

Bildirilir ki, AFFA məşhur futbol adamının Bakı səfəri üçün proqram hazırlayıb.

Qeyd edək ki, Şevçenko 2024-cü il yanvarın 25-dən Ukrayna Futbol Assosiasiyasına rəhbərlik edir. O, futbolçu kimi karyerasının böyük hissəsini "Milan"da keçirib, baş məşqçi kimi isə Ukrayna yığması və "Cenoa"nı çalışdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top