Azərbaycan klubu iranlı futbolçu transfer edir

İDMAN 20 avqust 2025, 20:26
"Səbail"in düşərgəsinə yeni əcnəbi futbolçu qoşulub.

Bizim.Media xəbər verir ki, söhbət iranlı Əli Babayidən gedir. 24 yaşlı legioner Bayıl təmsilçisinə birbaşa müqaviləyə yox, yoxlanışa gəlib.
 
Mərkəz hücumçusu baş məşqçi Elvin Məmmədovun ümidlərini doğruldacağı halda onunla anlaşma imzalanacaq.

Forvard karyerası ərzində ölkəsində "Naft Novin", "Sepahan", "Peykan" və "Maşınsazi"də çıxış edib.

Kosovoda ("Dukaqjini", "Ferizaj") və Türkiyədə ("Keçiörengücü") legioner həyatı yaşayıb.

Əli İranın U-19 yığmasında forma geyinib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 23:30
Top