Aktrisadan İRONİYA: “Professor qardaş, hələ gör, 40-dan sonra kişilər kişiliyə yarayır?!”

SOSİAL 22 avqust 2025, 15:36
“Professor qardaş, qadınları deyirsən, hələ gör 40-dan sonra bəzi kişilər kişiliyə yarıyır, ya yox?”

Tanınmış həkim, professor Adil Qeybullanın “bizim qadınlar ki 40 yaşdan sonra pilləkən düşə bilmir” açıqlaması xanımlar tərəfindən narazılığa səbəb olub.

Yenicag.az-a açıqlama verən tanınmış aktrisa Könül Yusifqızı qadınların müdafiəsinə qalxaraq, qarşı tərəfin cavabını verib:

“Bizim qadınlar nəinki 40 yaşında 60 yaşda da at belində olublar. Deməli, o qadına kişisi yaxşı baxmayıb. Əksinə, kişilər 35-i keçən kimi qarın buraxırlar. Professor qardaş, gör, 40-dan sonra bəzi kişilər kişiliyə yarıyır, ya yox?!”

Qeyd edək ki, A. Qeybulla açıqlamasında qadınların fiziki aktivliyinin zəif olmasını əsas gətirərək sözügedən fikirləri əsas gətirib.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top