Azərbaycan Ordusunun polkovniki Niyaməddin Quliyevə vəzifə verilib.
Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Niyaməddin Quliyev uzun illərdir hərbi təhsil sahəsində fəaliyyət göstərir.
Polkovnik bundan öncə də sözügedən təhsil müəssisəsində yüksək vəzifədə çalışıb.


