22 avqust 2025-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Parkında Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçirilmişdir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xaqani Məmmədov, Regional Məşğulluq filialının məsul işçiləri, bir qrup sakinlər iştirak etdi.
Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə məlumat verilib.