"Rusiyada yaşayan və işləyən azərbaycanlıların məcburi şəkildə Ukrayna ilə müharibəyə göndərilməsi yolverilməzdir. Bu hal qanunsuz şəkildə onlara qarşı ölüm təhdididir. Xüsusən də həmin şəxslər Rusiya vətəndaşı deyilsə, bu, qəti olmaz. Bir azərbaycanlı vətəndaşı olmadığı ölkəni qorumamalı və ya onun apardığı müharibədə iştirak etməməlidir."
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O bildirib ki, istər zorla, istər xoşluqla həmin şəxslər Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar:
"Bizim qanunlara görə vətəndaşı olmadığın bir ölkənin ordusunda muzdlu xidmət cinayət məsuliyyəti yaradır.
Rusiya tərəfi bunu məcburi şəkildə edir. Bəzən orada olan soydaşlarımız aldadaraq, şirnikləndirici vədlərlə bu prosesə cəlb edilir. Bu üsul alınmadıqda isə müxtəlif təhdidlər, təzyiqlər fonunda bu addımı atmağa məcbur edilirlər. Bu formada orduya cəlb edilənlərin sayı daha çoxdur. Həmin şəxsləri deportasiya ilə təhdid edib zorla orduya yazdırırlar. Qazanclarını, əmlaklarını əllərindən almaqla, orada işləyən qohumlarını incidərək hədələyirlər. Bütün bu təhdidlərin qarşısında isə çıxış yolu tapa bilməyən soydaşlarımız məcburi şəkildə onların tələblərinə boyun əyir".
Onun sözlərinə görə Rusiya ordusunun təbliğ olunan ordu olmadığı Ukrayna ilə müharibədə üzə çıxdı:
"Böyük sayda itkilər, məğlubiyyyət acısı yaşadılar və yaşamağa davam edirlər. Artıq ruslar özləri də bu mənasız müharibəyə, işğalçılığa etiraz edirlər. Ona görə də fərarilik baş alıb gedir. İmkanı olan ruslar ordudan yayınmaq üçün ölkəni tərk edir, başqa ölkələrə üz tuturlar. Baş verən fərariliyin yerini doldurmaq və ucuz ölümə göndərmək üçün orada yaşayan azərbaycanlılar, eləcə də Orta Asiya ölkələrinin vətəndaşları şirnikləndirici vədlərlə, təhdidlərlə orduya göndərilir".
O qeyd edib ki, reallıq odur ki, soydaşlarımız bu problemlə üz-üzədir:
"Bununla da Rusiyanın avantürist siyasətinin qurbanına çevrilirlər. Bu problemlə üzləşən soydaşlarımız dərhal orada fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizə müraciət etməlidir. Ancaq bu halda onların hüquqları müdafiə etmək, onlara qarşı edilən təhdidlərdən qorunmaları mümkündür. Azərbaycanlılar Rusiyanın işğalçılıq siyasətinin, müharibəsinin qurbanı olmamalıdır".
Əfsanə Kamal
Demokrat.az