"Rusiyanın davranışları neoimperialist meyllərdən qaynaqlanır. Rusiya Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduğunu gizlətmir, lakin bu istiqamətdə heç bir real, pozitiv addım atmır. Əksinə, hesab edir ki, bu münasibətlərin düzəlməsi üçün ilk addımı Azərbaycan atmalıdır. Halbuki, bu yanaşma həm məntiqsiz, həm də əsassızdır. Azərbaycan Rusiyaya qarşı heç bir mənfi addım atmayıb və münasibətləri poza biləcək heç bir qərar qəbul etməyib. Əksinə, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunması üçün daim həssas davranıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, münasibətlərin pozulmasının əsas səbəbkarı Rusiyadır:
"Azərbaycanın mülki sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Təyyarənin Rusiya ərazisində enməsinə imkan verilməyib, nəticədə o məhv olub və çox sayda insan həyatını itirib. Bununla belə, Rusiya hələ də nə günahını etiraf edib, nə də üzr istəyib. Əksinə, məsuliyyətdən yayınmaq üçün müxtəlif uydurma bəhanələr gətirir".
Politoloq qeyd edib ki, Azərbaycan prinsipial və qətiyyətli mövqe tutmaqda tamamilə haqlıdır:
"Azərbaycan öz regional lider statusunu, beynəlxalq imicini və siyasi iradəsini qorumağa çalışır. Rəsmi Bakı bu məsələdə tam haqlı və ardıcıl mövqe sərgiləyir.
Rusiya isə, keçmiş stereotiplərə sadiq qalaraq, günahkar olsa belə, güzəşt gözləyir. Bu yanaşma artıq keçərli deyil. Azərbaycan əvvəlki kimi münasibətlər qurmayacaq. Əgər Rusiya qərəzli və ziyanlı addımlar atmağa davam edərsə, münasibətlər daha da pisləşəcək və hətta tamamilə qopa bilər. Bu halda əsas məsuliyyət də, ziyan da məhz Rusiyanın üzərinə düşəcək".
Qeyd edək ki, Rusiyada azərbaycanlı iş adamlarının həbs müddəti daha 3 ay uzadılıb.
Əfsanə Kamal
Demokrat.az